(99412) 828 / (99412) 525 48 48

[email protected]

Xəbərlər

Aqrar İnnovasiya və Təchizat Şirkəti və Təhsil Tələbə Krediti Fondu arasında memorandum imzalanıb

Əsas Xəbərlər Aqrar İnnovasiya və Təchizat Şirkəti və Təhsil Tələbə Krediti Fondu arasında memorandum imzalanıb
04Oktyabr

Aqrar İnnovasiya və Təchizat Şirkəti və Təhsil Tələbə Krediti Fondu arasında memorandum imzalanıb

“Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC  və Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu arasında birgə əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

İmzalanma mərasimində “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC-nin direktoru Tofiq Niftəliyev və Təhsil Tələbə Kredit Fondunun idarə heyətinin sədri Araz Paşayev iştirak edib.

Memorandum Azərbaycan Respublikasının qanunvericiliyinə, habelə fondun nizamnaməsinə və şirkətin nizamnaməsinə uyğun olaraq tələbə və məzunların təcrübə mübadiləsi, həmçinin, birgə proqramların təşkili, innovativ təşəbbüslərin həyata keçirilməsi, müvafiq sahədə maarifləndirilmə və digər oxşar məsələlərlə bağlı birgə fəaliyyətin göstərilməsi, müştərək layihələrin icra edilməsi məqsədilə qarşılıqlı əməkdaşlığı özündə ehtiva edir. Beləliklə, tərəflərin müştərək maraqlarına əsaslanan müvafiq əməkdaşlıq bu istiqamətdə nəzərdə tutulan fəaliyyətlərin birgə təşkili və həyata keçirilməsinə əsaslanır.

Qeyd edək ki, əldə olunan razılığa əsasən, təhsil tələbə kreditlərindən yararlanan təhsilalanların və məzunların əmək bazarının  tələblərinə uyğun təcrübə proqramlarına cəlb edilməsi, karyera yarmarkalarında iştirakının təmin edilməsi üçün geniş imkanlar yaradılacaq. Eyni zamanda şirkətdə müvafiq sahə üzrə vakansiyalar yaranarsa, təhsil tələbə kreditlərindən yararlanan təhsilalanlara və məzunlara üstünlük verilməsi nəzərdə tutulub.

Məhsullarımızla maraqlanırsınız?

Regional satış şöbələrimizə onlayn müraciət edin.

Regional satış şöbələri