(99412) 828 / (99412) 525 48 48

[email protected]

Vakansiyalar

Vakansiyalar

Əsas Şirkət Vakansiyalar

17.12.2022 - Marketinq üzrə kiçik mütəxəssis

Komandamıza “Kiçik marketinq mütəxəssisi” axtarırıq.

 

 Vəzifəyə tələblər:

1. Marketinq və ya iqtisadiyyat sahəsində nəzəri biliklərə malik
olması zəruridir

2. Enerjili, marketinq sahəsində karyera qurmaq istəyən namizədlər axtarılır

3. Yüksək səviyyədə kommunikasiya qura və ünsiyyət yarada bilmək, “komanda oyunçusu” olması önəmlidir

4. Məsuliyyətli və punktual olmalıdır

5. Azərbaycan, Rus və İngilis dillərində yaxşı səviyyədə danışa bilməlidir. Nitqi aydın və səlis olmalıdır.

6. MS Word və MS Excel proqramlarında orta səviyyədə işləməyi bacarmalıdır

7. Minimum 1 il iş təcrübəsi olmalıdır

8. "B" kateqoriyalı sürücülük vəsiqəsinin olması arzuolunandır

9. Bölgələrə ezamiyyətlərə hazır olmalıdır

Vəzifənin funksional tələbləri:

1. Marketinq kommunikasiyaları istiqaməti üzrə ixtisaslaşır

2. Sərgilər, yarmarkalar, təqdimat və açılış tədbirləri və s. təşkilində iştirak edir

3. POP/POS materialların hazırlanmasını təmin edir, mətbəələr və kreativ agentliklərlə işin təşkilinə məsuldur

4. Satış nöqtələrinin brendləşməsi üzrə sifarişləri icra edir

5. Marketinq anbarının işinin təşkilinə cavabdehdir

6. Kütləvi informasiya vasitələri ilə işlərin təşkilində iştirak edir

 

Həftə içi 5 gün, 08:30-17:30;

Əmək haqqı- Müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun təyin ediləcək.

 

 Yuxarıda qeyd olunan tələbləri qarşılayan namizədlərdən müraciət üçün öz yenilənmiş CV-lərini [email protected] email adresinə mövzu hissəsində “Kiçik marketinq mütəxəssisi” qeyd etməklə göndərmələri tələb olunur.