(99412) 828 / (99412) 525 48 48

[email protected]

Şirkət rəhbərinin müraciəti

Şirkət rəhbərinin müraciəti

Əsas Şirkət Şirkət rəhbərinin müraciəti

Hörmətli fermerlər və kənd zəhmətkeşləri!

Aqrar İnnovasiya və Təchizat Şirkəti , Cənab Prezident İlham Əliyevin Azərbaycan Kənd Təssərrüfatı sektorunda aparıdığı islahat siyasətinin nəticəsində formalaşmış münbit biznes mühitin nəticəsi olaraq meydana gəlmişdir. Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında ”Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı isə görülən işləri yeni inkişaf mərhələsinə qaldırmışdır.

Beləki, gənc və proqressiv düşüncəli şirkət kollektivi öz növbəsində Azərbaycan gübrə bazarının inkişaf etdirilməsində kəndli fermerlərə innovativ texnologiyaların tətbiqi ilə gübrə məhsullarının daha əlçatan olmasını saxlamaq və yüksək xidmət nümayiş etdirərək müştəri məmnuniyyətinə nail olmaqdır.

Ölkəmizin böyük kənd təsərrüfatı resurslar və istehsal potensialı vardır. Müasir texnologiyaların tətbiqi ilə bu imkanlar dəfələrlə artırıla bilər və intensiv metodlarla böyük məhsuldarlığa nail olmaq mümkündür. Məhz müasir elmi metodların və qabaqcıl ölkələrin təcrübəsinin tətbiqi Aqrar İnnovasiya və Təchizat Şirkətinin hədəfidir. Nəticədə Azərbaycan kəndli və fermerləri daha keyfiyyətli xidmət və məhsul əldə etməklə proqressiv məhsuldarlığa nail olacaqlar.