(99412) 828 / (99412) 525 48 48

[email protected]

Məhsullar

Kurnaz EC / 116,2 g/l Clethodim / Sunset Tarim / 1 lt, lt

Əsas Məhsullar Kurnaz EC / 116,2 g/l Clethodim / Sunset Tarim / 1 lt, lt

Kurnaz EC / 116,2 g/l Clethodim / Sunset Tarim / 1 lt, lt

Qiymət: 29 ₼

Noxud, kartof, pomidor ,soğan,qırmızı mərci, şəkər çuğundurunda yabani otlara qarşı


İSTİFADƏ SAHƏSİ
KURNAZ EC, becərilən geniş yarpaqlı bitkilərin cücərməsindən sonra, yabanı otların cavan vaxtlarında bir illik və çoxillik yabanı çəmən otları ilə özü yetişən yumşaq buğda (buğda-arpa) taxıl bitkilərinə qarşı istifadə olunan seçmə və sistemli bir dərmandır. Dərmanlamadan sonra yarpaqlar tərəfindən dərhal əmilir və bitkinin daxilinə hərəkət edərək köklərə ötürülür.
DƏRMANIN İSTİFADƏYƏ HAZRILANMASI:
Tövsiyyə edilən dozası üzərindən bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəni yarıya qədər su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəzəiyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hektara istifadə ediləcək su miqdarı 200-400 litr olmalıdır, dərmanlamada yelpikvarı başlıqlar istifadə edilməldir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.

EMULSİYA KONSENTRATI (EC)
QRUPU | A1 | HERBİSİD (YABANI OT DƏRMANI)
TƏSİREDİCİ MADDƏSİ: 116,2 g/L Clethodim

Əvvəlcə etiketdəki məlumatları oxuyun.
Evdə istifadə etməyin.
Uşaqlardan, qidala və heyvan yemlərindən uzaqda saxlayın.
Dərmanlama zamanı heç nə yeməyin, içməyin və siqaret çəkməyin.
Dərmanlanmış sahəyə 1 gün müddətində insan və heyvan daxil olmasına qoymayın.
İnsan sağlamlığını və ətraf mühiti qorumaq üzrə risklərin qarşısını almaq üçün bu dərmanı tövsiyə edildiyi kimi və tövsiyyə edilən dozada (norma) istifadə edin.

BU DƏRMANIN TÖVSİYƏ EDİLƏN BİTKİLƏRDƏN ƏLAVƏ
BAŞQA BİTKİLƏRƏ İSTİFADƏSİ QADAĞANDIR.

İstifadə edilmiş dərmanın boş qabının içinə ¼ qədər təmiz su tökərərk, yaxşı çalxalayın, bu suyu dərmanlama alətinin çəninə boşaldın. Bu prosesi 3 dəfə təkakralayın.

ZƏHƏRLƏNMƏ ƏLAMƏTLƏRİ:
Ümumi zəhərlənmə əlamətləri müşahidə edilir.

İLK YARDIM TƏDBİRLƏRİ:
Gözlə ilə təmas etdikdə göz qapaqlarını açıq tutaraq bol su ilə ən az 15 dəqiqə yuyun və həkimə müraciət edin.
Dəri ilə təmas etdikdə çirkli paltarları çıxarın. Təmas etmiş hissələri bol su və sabun ilə yuyun. Həssaslıq davam edərsə dərhal həkimə müraciət edin.
Udularsa xəstəyə tərcihən süd və ya su içirdib dərhal həkimə müraciət edin. Tibb əməkdaşları olmadan xəstəni, dərmanın qabını və etiketini yanınıza alaraq dərhal ən yaxın sağlıq mərkəzinə götürün. Tənəffüs edilməsi halında xəstəni təmiz havaya çıxardın.

VAKSİNİ VƏ MÜALİCƏSİ:
Aspirasiya zərərli ola bilər, çünki dərmanda neft əsaslı həlledicilər var. Xüsusi vaksini yoxdur. Əlamətlərə uyğun müalicə tətbiq edilir.

RESPUBLİKA TOKSİKOLOGİYA MƏRKƏZİ
TEL: (+994 12) 597-99-20, (+994 12) 597-99-24

TƏRKİBİ: Dərmanın tərkibində Clethodim, Ksilen, Dimetilformamid var.
ZƏRƏRLİLİK İFADƏLƏRİ:
H226 – Alışqandır, maye və buxar.
H304 - Tənəffüs borusuna nüfuzu və yaxud udulması öldürücü ola bilər.
H312 – Dəri ilə təması halında zərərlidir.
H315 – Dərinin qıcıqlanmasına səbəb olur.
H319 – Ciddi göz qaşınmasına səbəb ola bilər.
H332 – Nəfəs alınması halında zərərlidir.
H335 – Tənəffüs borusu qıcıqlanmasına səbəb ola bilər.
H373 – Uzun müddətli və ya təkrar təmas daxili orqanlarda xəsarətlərə səbəb ola bilər.
H413–Su mühitində uzun müddət qalıcı və
zərərli təsir göstərə bilər.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ:
P101 – Uşaqların əli çatmayan yerlərdə saxlayın.
P210 – İstidən/qığılcımdan/atəşdən/isti səthlərdən uzaq tutun. Siqaret çəkilməsi qadağandır.
P264 – İstifadədən sonra əllərinizi yaxşı yuyun.
P270 – Bu dərmanı istifadə edərkən heç bir şey yeməyin, içməyin və ya siqaret çəkməyin.
P273 – Ətraf mühitə buraxılmasından yayının.
P280 – Qoruyucu əlcəklər/qoruyucu geyimlər/gözlərin mühafizəsi/üzün mühafizəsi vasitələrindən istifadə edin.
P501 - İçindəkiləri/konteyneri tullantıları qaydalara uyğun şəkildə boşaldın, məhv edin.
EUH401 - İnsan sağlamlığına və ətraf mühitə risklərdən yayınmaq üçün istifadə təlimatlarına riayət edin.

İSTİFADƏ EDƏRKƏN VƏ SAXLAYARKƏN DİQQƏT EDİLƏCƏK XÜSUSİYYƏTLƏR:
• Arılar üçün zəhərlidir, çiçəklənmə dövründə istifadə etməyin.
• Balıqlar üçün zəhərlidir yeraltı və yerüstü sulara axıtmayın.
• Küləyə qarşı dərmanlama etməyin.
• Dərmanla tutulmuş başlıqları ağızdan üfləyərək açmayın. Fırça ilə təmizləyin.
• Bitki mühafizə vasitəsi məhlulunu hamısını tarlaya püskürtün, hazırlanmış qarışımı eyni gün içində istifadə edin.
• Hər dərmanlamadan sonra dərmanlama alətini təmizləmədən digər kimyəvi mübarizədə istifadə etməyin.
• Dərmanın boş qablarını başqa məqsədlər üçün istifadə etməyin, qaydasına görə məhv edin.


MƏHSUL ROTASİYASI: Torpaqda tez parçalandığına görə KURNAZ EC tətbiq olunan sahədə bütün növ mədəni əkin bitkisi yetişdirilə bilər.

LİBRASİYA:
Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Müəyyən bir əraziyə veriləcək dərmanlı suyun miqdarı, təcrübədə yaxşı bir örtük təmin etmək üçün tənzimlənməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.

DƏRMANLAMA ALƏTİNİN TƏMİZLƏNMƏSİ:
Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.

DƏRMANIN İSTİFADƏ QAYDASI:
KURNAZ EC yabanı otların cavan və aktif böyümə müddətində (2-6 yarpaqlı) istifadə edilməlidir. Mədəni əkin bitkiləri və yabanı otların quraqlıq, havaların soyuq keçməsi və s. səbəbi ilə stress altında olduğu şəraitdə dərmanlama aparılmamalıdır, stress vəziyyəti aradan qalxanadək gözlənilməlidir.
• Çox illik otlarda sürmə olması aşkarlanarsa ikinci dəfə dərmanlama aparıla bilər.
• Dərmanlamadan 7 gün əvvəl və sonra hər hansı bir torpaq işi etməyin.
• Bir saat müddətində yağış yağması gözlənilirsə dərmanlamanı sonraya saxlayın.
• Sulama aparılan sahələrdə dərmanlama 4-5 gün sonra edilir.

DƏRMANIN MÜQAVİMƏTİ İLƏ BAĞLI MƏLUMAT:
KURNAZ EC adlı bitki mühafizə vasitəsi, təsir mexanizminə görə qrup A1 olaraq sinifləşdirilmiş bir herbisiddir. Eyni təsir mexanizmilərinə sahib bitki mühafizə vasitələri kimi təkrar istifadəsi müqavimətin inkişafına kömək edir. Bu səbəblə müqavimətinin inkişafını ləngitmək üçün KURNAZ EC eyni məhsul sezonu dövründə tövsiyyə edilən dərmanlama sayısını aşmamaq lazımdır. Dərmanlamanın təkrarlanması halında isə fərqli təsir mexanizminə sahib (A1 qrupu xaric) bitki mühafizə vasitələrindən istifadə etməyə üstünlük verməlisiniz.

QARIŞDIRILMA ŞƏRTLƏRİ:
Tapıla bilirsə ən az 80% Meniral yağ və ya bitki yağı ən az 15% emilqator olan yayıcı-yapışqanlarla birlikdə istifadə edilməsi tövsiyyə edilir. Bu xüsusiyyətlərə malik olmayan yayıcı-yapışqan maddələr ilə qarışdırmamalıdır. Dərmanlama üçün çox miqdarda dərman qarışımı hazırlamazadan əvvəl ön qarışım hazırlanaraq sınaq yoxlamaların aparılması tövsiyyə edilir.

SAXLANMA QAYDASI:
Normal (sərin və quru) şərtlərdə orjinal qablarda, açılmadan saxlanıldıqda 2 il müddətində fiziki, kimyəvi və bioloji özəlliklərində heç bir dəyişiklik (görünüş xaric) olmaz.

İSTEHSALÇININ BƏYANATI:
Orijinal qablaşdırmalarda satılmaq şərti ilə istehsalçı dərmanların keyfiyyətinə zəmanət verir. İstehsalçı saxlanma şərtləri pozulduqda və ya istifadə qaydalarına uyğun dərmanlama həyata keçirilmədikdə məhsulun keyfiyyətinə zəmanət vermir və hər hansı bir zərər üçün öhdəlik daşımır.

LİSENZİYA SAHİBİ və İSTEHSALÇI ŞİRKƏT:
SUNSET KİMYA TARIM ÜRÜNLERİ VE ALETLERİ İML. PAZ. SAN. VE TİC. LTD. ŞTİ. Adana Hacı Sabancı Organize Sanayi Bölgesi Toros Cad. No:11 Sarıçam/ADANA
Tel: 0 (322) 394 51 71-72 Fax: 0 (322) 394 51 73

Müraciət üçün aşağıdakı formanı doldurun

Məhsullarımızla maraqlanırsınız?

Regional satış şöbələrimizə onlayn müraciət edin.

Regional satış şöbələri